Xaçmazda yük və minik maşınları toqquşdu: ölən var
Gəndob-Yalama yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun məlumatına görə, qəza magistralın 32-ci km-də qeydə alınıb.
10 RM 567 dövlət nömrə nişanlı "VAZ-2107" markalı minik maşını və Rusiya dövlət nömrə nişanlı "TIR" toqquşub.
Qəza nəticəsində minik maşınının sürücüsü hadisə yerində ölüb. Sürücünün kimliyini hələlik müəyyənləşdirmək mümkün olmayıb.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsində araşdırmalar davam edir.