Ərdoğan: "Dəmirtaş satqındır"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqində keçirilən antiterror əməliyyatlarında əldə olunan uğurlardan danışıb.

 

APA TV-nin "Euronews"a istinadən məlumata görə, Ərdoğan Səudiyyə Ərəbistanına getməzdən əvvəl İstanbul aeroportunda keçirdiyi mətbuat konfransında terrorçuların nəinki Türkiyə ərazində, ölkə sərhədlərinin yaxınlığında da məhv ediləcəklərini bildirib. O, son əməliyyatlar nəticəsində 3 mindən çox terrorçunu zərərsizləşdiklərini qeyd edib.


"Suriyada baş verən hadisələr ölkəmizdə qarışıqlıq salmağa çalışan PKK-nı daha da iştaha gətirib. Amma onlar bizim birliyimizə mane ola bilməyəcəklər. PKK-nın siyasi qanadı olan HDP hesab edir ki, Suriyada kürd silahlı dəstələrinin hərəkəti Türkiyəyə də sirayət edə bilər və onlar buna çalışırlar", - deyə Ərdoğan qeyd edib.


Xatırladaq ki, HDP həmsədri Səlahəddin Dəmirtaş bu yaxınlardakı çıxışlarının birində Türkiyədə yaşayan kürdləri muxtariyyət tələb etməyə çağırıb. Rəcəb Tayyib Ərdoğan isə onu satqın adlandırıb.

Müəllif | Apa.Tv
Apa.tv