Bakıda daha 5 valyuta alverçisi tutuldu

Bakıda qanunsuz valyuta mübadiləsinə qarşı tədbirlər davam etdirilir.

 

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, dekabrın 29-da idarə əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisində ictimai yerlərdə qanunsuz valyuta mübadiləsi həyata keçirdiklərinə görə 5 nəfər saxlanılıb. Onların barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib.

 

Saxlanılan şəxslər - 1975-ci il təvəllüdlü İlqar Qunsur oğlu Həmidov, 1994-cü il təvəllüdlü İstəməli Telman oğlu Abdullayev, 1967-ci il təvəllüdlü Əfqan Cəlal oğlu Cəfərov, 1967-ci il təvəllüdlü Habil Həbulla oğlu Şahbazov və 1985-ci il təvəllüdlü Hüseyn Eldar oğlu Nağıyevdir.

 

Bakı Şəhər Baş Polis İdarəsi rəsmən elan edir ki, qanunsuz valyuta mübadiləsinə qarşı tədbirlər mütəmadi olaraq davam etdiriləcək, bu qanunsuz əməli həyata keçirən şəxslər sərt cəzalandırılacaqlar.

Müəllif | Apa.Tv
Apa.tv