FHN Şəmkirdə taktiki-xüsusi təlim keçirdi

Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin, nazirliyin qurumlarının regionda yerləşən struktur bölmələrinin, habelə aidiyyəti yerli icra hakimiyyəti orqanlarının qüvvələrinin iştirakı ilə Şəmkir Su Elektrik Stansiyasının ərazisində taktiki-xüsusi təlim keçirilib.

 

FHN-dən APA TV-yə verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd fövqəladə hallar zamanı komandir-rəis heyətinin fövqəladə hal nəticəsində yaranmış vəziyyətin operativ qiymətləndirilməsi, idarəetmə və fəaliyyətin təşkili sahəsində təcrübələrinin daha da artırılması, şəxsi heyətin peşəkar vərdişlərinin gücləndirilməsi, aidiyyəti yerli icra hakimiyyəti orqanları və FHN-in qurumları arasında qarşılıqlı əlaqənin təşkilindən ibarət olub.

 

Təlimə 286 nəfər şəxsi heyət və 36 ədəd texnika cəlb olunub. Təlimi fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev izləyib.

Müəllif | Apa.Tv
Apa.tv