Azərbaycanda daha bir sığorta şirkəti ləğv olundu

Azərbaycanda daha bir sığorta şirkəti ləğv olunub.

 

Vergilər Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, “Qarant Sığorta” ASC ləğv olunduğunu elan edib.

 

Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhər, Sarabski küçəsi, məhəllə 657, “Garant Holdinq”in binasının 6-cı mərtəbəsi ünvanına bildirə bilərlər.

Müəllif | Apa.Tv
Apa.tv