Dərbənddə Rusiya sərhədçisi öldürüldü

Dekabrın 30-na keçən gecə Dağıstanın Dərbənd şəhərində naməlum şəxslər qədim Narınqalanı ziyarət edən bir qrup şəxsə atəş açıb.

 

APA TV-nin "Rossiya 24" telekanalına istinadən verdiyi məlumata görə, nəticədə 1 nəfər ölüb, 11 nəfər yaralanıb.

 

Hüquq-mühafizə orqanları qalanın meşə massivi istiqamətindən atəşə tutulduğunu bildiriblər. Xəsarət alanlar arasında turistlər və hərbçilərin olduğu bildirilir. Ölən şəxs sərhədçidir.

 

Faktla əlaqədar cinayət işi açılıb. Dağıstan prezidenti Ramazan Abdulatipov bildirib ki, atəş açanlar qanunsuz silahlı dəstənin üzvləri olub. O,  söz verib ki, Dağıstan hakimiyyəti günahkarların tapılıb məsuliyyətə cəlb edilməsi üçün bütün qüvvəsini səfərbər edəcək.

Müəllif | Apa.Tv
Apa.tv