İstanbul donur - QAR, KÜLƏK, ÇOVĞUN

İstanbula son illərin ən güclü qarı yağıb. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, qarın hündürlüyü şəhərin bir çox səmtində 30 sm təşkil edib. Nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb. Sinoptiklər sabahdan başlayaraq güclü küləyin də əsəcəyini bildirirlər.

İstanbulla bərabər Türkiyənin demək olar bütün şəhərləri güclü qarın yağmasına məruz qalıb. Soyuq hava şəraitinin şənbə gününə qədər davam edəcəyi bildirilir.

Soyuq hava şəraiti paytaxt Ankaranı və digər böyük şəhərləri də cənginə alıb.

Müəllif | Apa.Tv
Apa.tv