Maşallah Əhmədov ev dustaqlığına buraxıldı

Binəqədi rayon Məhkəməsində həbsdə olan veteran futbolçu Maşallah Əhmədovun ev dustaqlığına buraxılmaqla bağlı şikayətinə baxılıb.

 

Məhkəmədən APA-ya verilən məlumata görə, məhkəmə şikayəti təmin edib. Onun barəsində seçilmiş həbs-qətimkan tədbiri ləğv edilib. Maşallah Əhmədov azadlığa buraxılıb.

 

Qeyd edək ki, dələduzluqda təqsirləndirilən M.Əhmədovun barəsində dekabrın 17-də Binəqədi rayon Məhkəməsi tərəfindən 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Müəllif | Apa.Tv
Apa.tv