Azərbaycanın bəzi ölkələrdəki səfirlikləri bağlanacaq

Azərbaycanın Afrika və Latın Amerikasındakı bir sıra səfirlikləri bağlana bilər.

 

Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat katibi Hikmət Hacıyev APA-ya bildirib ki, bu məsələyə hökumət tərəfindən ciddi şəkildə baxılır.

 

“Hal-hazırda dünya enerji bazarında cərəyan edən tendensiyaların fonunda işin optimallaşdırılması məqsədilə qeyd olunan məsələyə də ciddi şəkildə hökumət tərəfindən baxılır”, - deyə H.Hacıyev qeyd edib. 

Müəllif | Apa.Tv
Apa.tv