Salyanda ev yandı: 1 ölü
Bu gün günorta saatlarında Salyan şəhərinin H.Z.Tağıyev küçəsində yerləşən, Nəcəfov Rəsul Əbülfəz oğluna məxsus 3 otaqlı fərdi yaşayış evində yanğın baş verib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Salyan Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Yanğın lokallaşdırılıb. Yanğın zamanı tüstüdən zəhərlənən 77 yaşlı Şəfiqə Məmməd qızı Nəcəfova Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.