Yeni il atəşfəşanlığı faciəyə səbəb oldu

Filippində Yeni il gecəsi keçirilən atəşfəşanlıq zamanı 1 nəfər ölüb, 380 adam yaralanıb.

 

Filippinin Səhiyyə Nazirliyinin nümayəndəsi Canet Qarin bildirib ki, naməlum sərxoş kişi fişəngi yandırıb və əlində tutub. O, ağır yanıq xəsarətləri alıb və nəticədə ölüb.

 

Bundan başqa, gecə ərzində atəşfəşanlıq paytaxt Manilada yanğınlara səbəb olub

 

Yanğınsöndürənlər yanğının qarşısını 6 saat ərzində ala bilməyiblər. Paytaxtın yoxsullar yaşayan məhəlləsində 1000-ə yaxın ev yanıb.

 

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv