Fransa aviasiyası İŞİD mövqelərini bombaladı

Fransa Hərbi Hava Qüvvələri “İraq Şam İslam Dövləti” terror təşkilatının nəzarətində olan neft obyektlərinə hava zərbələri endirib. Bu barədə Fransanın müdafiə naziri Jan-İv Le Drian İordaniyaya səfəri zamanı deyib.

 

Nazir bildirib ki, terrorçuların nəzarətində olan neft obyektlərinə zərbələrin endirilməsi davam etdirilməlidir.

 

Suriyanın Rəqqa şəhəri yaxınlığındakı hədəflərə hava zərbələrini “Miraj-2000” qırıcıları endirib.

 

Fransa İŞİD-ə qarşı İraq və Suriyadakı əməliyyatlarda iştirak edən 65 ölkədən ibarət koalisiyanın üzvüdür. Fransa noyabrın 13-də Parisdə baş vermiş terror aktlarından sonra Suriyada intensiv bombardmanlara qoşulub.

Müəllif | Apa.Tv
Apa.tv