İŞİD-dən azad edilən şəhərdə partlayışda 16 nəfər ölüb

İraqda baş vermiş partlayış nəticəsində 16 nəfər ölüb. Hadisə Rəmadi şəhərində qeydə alınıb.

 

İraqın bir hissəsi “İraq Şam İslam Dövləti” terror təşkilatının nəzarətindədir. İŞİD terrorçuları mütəmadi terror aktları törədir və əksər hallarda terror aktlarının qurbanı dinc sakinlər olur.

 

Son günlər hökumət qoşunları və terrorçular arasında Rəmadi şəhəri uğrunda gərgin döyüşlər gedirdi.

 

Əvvəlcə şəhərin terrorçulardan tam azad edildiyi barədə məlumat verilsə də, sonradan Rəmadinin hələlik 80 faizinin azad edildiyi məlum olub.

 

Rəmadinin terrorçulardan tam azad edilmədiyini ABŞ-ın dövlət katibi Con Kerri də təsdiqləyib. 

Müəllif | Apa.Tv
Apa.tv