Tel-Əvivdə atışma: 2 ölü, 6 yaralı
İsrailin Tel-Əviv şəhərində barlardan birinin qarşısında atışma baş verib. İnsident nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.
Barın müştərilərinə avtomat silahdan atəş açılıb. Hadisəni törədən şəxs qaça bilib. Polis hadisədə terror izinin olub-olmadığını araşdırır.
Polis əməkdaşları barın yaxınlığındakı evlərdə axtarış aparılıb. Müştərilərə atəş açılmasının terror aktı, yoxsa kriminal hadisə olması ilə bağlı hələlik heç bir açıqlama verilməyib.