Gülər Əhmədovanın işi məhkəməyə göndərildi!
Azərbaycanın sabiq millət vəkili Gülər Əhmədovanın işi məhkəməyə göndərilib. Baş Prokurorluqdan APA TV-yə verilən məlumata görə, Gülər Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir. Cinayət işi üzrə istintaq artıq tamamlanıb və sentyabrın 23-də aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki , sabiq millət vəkili Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin yaydığı videogörüntülərdən sonra həbs olunub.