Kabildə fransız restoranına hücum, çoxlu yaralı var

Əfqanıstanın paytaxtı Kabildə fransız restoranına hücum olub. Hadisə nəticəsində 1 nəfər ölüb, 15 nəfər yaralanıb.

 

İlkin məlumata görə, biri kamikadze olmaqla iki nəfər Əfqanıstan paytaxtındakı “Le Jardin” adlı restorana daxil olub. Terrorçulardan biri restoranın içərisində üzərindəki bombanı partladıb.

 

Partlayış nəticəsində terrorçu ilə yanaşı, daha bir Əfqanıstan vətəndaşı ölüb, 15 nəfər isə yaralanıb.

 

Polisin məlumatına görə, terror aktı zamanı restoranda əcnəbilər olmayıb. Şahidlər partlayışın ardınca atışma səslərinin eşidildiyini bildiriblər.

 

Partlayışa görə məsuliyyəti “Taliban” hərəkatı üzərinə götürüb.

 

“TOLO News” telekanalının məlumatına görə, terror aktının təşkilində şübhəli bilinən bir nəfər saxlanılıb. Onun üzərində təhlükəsizlik xidməti əməkdaşının forması olub.

 

“Reuters” agentliyi xəbər verir ki, Kabilin partlayış baş verən bölgəsində diplomatik nümayəndəliklər və dövlət müəssisələrinin binaları yerləşir.

 

Müəllif | Apa.Tv
Apa.tv