Toy karvanında "avtoşluq" edənlərə həbs cəzası - KAMERA GÖRÜNTÜLƏRİ

Gəncədə avtoxuliqanlıq edən bir neçə nəfər saxlanılıb.

 

APA TV-nın qərb bürosunun xəbərinə görə, Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsi şəhərin müxtəlif ərazilərində avtoxuliqanlıq edən gəncləri müəyyən edərək məsuliyyətə cəlb edib.

 

DYP əməkdaşları toy karvanında kəskin manevrlər edən avtomobilləri Təhlükəsiz Şəhər kameralarının görüntülərinə əsasən müəyyən edib. “VAZ-2107“ markalı avtomobili idarə edən Kənan Cəfərov və Sarı Məhərrəmov məhkəməni qərarı ilə 20 sutkalıq həbs edilib, 1 il müddətinə sürücülük hüququndan məhrum ediliblər.

 

DYP şöbəsinin rəisi Rəhim Zalov: "Təhlükəsiz Şəhər xidmətinin əməkdaşları və Dövlət Yol Polisi şöbəsinin əməkdaşları tərəfindən şəhərimizin ərazisində avtoxuliqanlıq edən sürücülərin hər bir hərəkətləri izlənilir. Həmin sürücülər barəsində qanunvericilikdə nəzərdə tutulan qaydada ciddi tədbirlər görüləcək".

 

Bundan başqa, “Mercedes” markalı avtomobillə avtoxuliqanlıq edən azyaşlı da saxlanılıb. Ona 600 manat cərimə kəsilib. Hər üç avtomobil cərimə meydançasına salınıb.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli