Əfqanıstanda Hindistan konsulluğuna silahlı hücum: 2 ölü, 1 yaralı
Əfqanıstanın Məzari-Şərif şəhərindəki Hindistan konsulluğuna silahlı hücum olub.
APA TV-nin məlumatına görə, silahlı insident nəticəsində 1 nəfər dinc sakin yaralanıb.
Dörd silahlı şəxs əl qumbaraları, qumbaraatanlar və yüngül silahlardan istifadə etməklə konsulluğun binasını partlatmaq istəyib.
İnsident nəticəsində silahlılardan iki nəfər öldürülüb.
Əfqanıstanın Şer Can Durani rayonunun yerli polis idarəsi faktı təsdiqləyib.
Hökumət qüvvələrinin səyi nəticəsində insidentin qarşısı alınıb.
Hücuma görə məsuliyyəti heç bir silahlı qruplaşma öz üzərinə götürməyib.