Şimal bölgəsi seçkilərə necə hazırlaşır?

55 saylı Xaçmaz şəhər seçki dairəsinin 38 seçki məntəqəsi var. Dairə seçki komissiyasında 43 039 nəfər seçici qeydiyyata alınıb. Onların 471 nəfəri ilk dəfə sesvermə hüququndan yararlanacaq. APA TV-nin xəbərinə görə, prezident seçkilərinə hazırlıq çərçivəsində dairənin tabeçiliyində olan seçki məntəqələrində seçici siyahıları hazırlanıb, daşınan və daşınmayan seçki qutuları məntəqələrdə yerləşdirilib.

 

45 min 154 nəfər seçicinin qeydə alındığı 56 saylı Xaçmaz kənd seçki dairəsində 43 seçki məntəqəsi fəaliyyət göstərir. Onlardan 10-da kamera quraşdılırıb. Bundan başqa, fiziki qüsurlu insanların səsvermədə iştirakını təmin etmək üçün məntəqələr xüsusi avadanlıqlar paylanılıb. Oktyabrın 9-da keçiriləcək prezident seçkilərində Xaçmazdan ümumilikdə 88 min 193 seçicinin iştirakı nəzərdə tutulub.

 

51 saylı Qusar rayon seçki dairəsində isə 51 seçki məntəqəsi var. Dairə seçki komissiyasında 45 353 seçici qeydiyyata alınıb. Prezident seçkilərinə hazırlıq çərçivəsində dairənin tabeçiliyində olan seçki məntəqələrində işlər başa çatıb.

 

Qusardakı 10 seçki məntəqəsində kamera quraşdılırıb. Bundan başqa, fiziki qüsurlu insanların səsvermədə iştirakını təmin etmək üçün məntəqələr xüsusi avadanlıqlar paylanılıb.

Müəllif | Apa.Tv
Vəli Turan