Bakıda taksi sürücüsünü bıçaqladılar

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

 

APA TV-nin məlumatına görə, metronun “Xalqlar dostluğu” stansiyası yaxınlığında taksi sürücüsü, 30 yaşlı Həmdulla Ağayev naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb. 

 

Hadisə barədə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə məlumat verilib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin axtarışları davam edir.

Müəllif | Apa.Tv
Apa.tv