Çində avtobus faciəsi: 14 sərnişin diri-diri yandı
Çində hərəkətdə olan sərnişin avtobusu qəfildən alışıb. APA TV-nin Vesti.ru-ya istinadən məlumatına görə, sərnişinlə dolu avtobusda 14 nəfər diri-diri yanıb, 30 nəfər isə ağır yanıq xəsarətləri ilə qurtulub.
Hadisə ölkənin şimal-qərbində, İnçuan şəhərində səhər tezdən baş verib. Əraziyə yanğınsöndürənlər gəlsə də, artıq gec olub.
Xəsarət alan şəxslər xəstəxanalara yerləşdiriliblər. Faciənin baş vermə səbəbləri araşdırılır.
Xatırladaq ki, Çində avtobus yanmaları tez-tez baş verir. Hadisələri psixoloji problemləri olan insanların törətdiyi ehtimal edilsə də, bu vaxta qədər saxlanılan olmayıb.