Sabirabadda Ağsaqqallar Şurasının regional yığıncağı keçirildi

Sabirabadda Heydər Əliyev mərkəzində Respublika Ağsaqqallar Şurasının regional yığıncağı keçirilib. Yığıncaqdan əvvəl Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, rayon ağsaqqalları və ictimaiyyəti Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, YAP rayon təşkilatının inzibati binası və yeni istifadəyə verilən Sabir adına orta məktəbə baş çəkib.

 

APA TV xəbər verir ki, yığıncağı Milli Məclisin deputatı Fəttah Heydərov açıb. Şura sədri çıxışı zamanı rəhbərlik etdiyi qurumun fəaliyyətindən, görülən işlərdən ağsaqqalların cəmiyyətdə missiyası və vəzifələri haqda danışıb. Daha sonra iclasda iştirak edən ətraf rayonların ağsaqqalları və  nümayəndələri çıxış ediblər. Yığıncağa Milli Məclisin deputatı Rüstəm Xəlilov, İmişli, Ağcabədi, Xocavənd, Hacıqabul, Beyləqan, Saatlı, Zərdab, Neftçala, Salyan, Şirvan, Sabirabad rayonlarından 300-ə qədər ağsaqqal və ictimayyət nümayəndəsi qatılıb.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı