Lənkəranda oğurluqda şübhəli bilinən 5 yeniyetmə tutuldu

Lənkəran rayon Polis Şöbəsinin əməkdaşları oğurluqda şübhəli bilinən 5 yeniyetməni saxlayıblar.

 

APA TV-nin cənub bürosunun xəbərinə görə, saxlanılan şəxslər Lənkəran sakinləri - 1999-cu il təvəllüdlü Taleh Heydərov, onun həmyaşıdı Vüsal Quluzadə, 1998-ci il Famil Rzazadə, Bakı sakinləri - 1998-ci il təvəllüdlü Nihad Məmmədov, 1999-cu il təvəllüdlü Ağa Rzayevdir.

 

Araşdırmalar zamanı məlum olub ki, onlar ayrı-ayrı zamanlarda Lənkəran şəhərində və rayonun Liman şəhərində gecə saatlarında mağazaların qapı və pəncərələrini qıraraq silah, gümüş əşyalar, nağd pul və SİM-kartlar oğurlayıblar.

 

Faktla bağlı Lənkəran rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam edir.

Müəllif | Apa.Tv
Apa.tv