Qubanın 3 kəndi ilə əlaqə kəsildi - QAR FƏLAKƏTİ

Quba rayonuna yağan güclü qar səbəbindən Quba-Xınalıq yolu bağlanıb.

 

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, yolun bağlanması Xınalıqla yanaşı, Qalaxudat və Bostankeş kəndləri istiqamətində avtomobillərin hərəkətini məhdudlaşdırıb.

 

Hazırda Quba 6 saylı Yol İstismar Sahəsinin texnikası yolu təmizləyir. 42-ci kilometrə qədər yol qardan təmizlənib. Əraziyə idarənin texnikası və canlı qüvvəsi cəlb olunub.

 

Qeyd edək ki, Quba-Xınalıq yolu beş gündür bağlıdır.

 

Müəllif | Apa.Tv
Vəli Turan