Dollar bu gün də bahalaşdı

Azərbaycan Mərkəzi Bankı xarici valyutaların növbəti məzənnəsini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, dollar Azərbaycan manatı qarşısında möhkəmlənməkdə davam edir. Bu gün açıqlanan məzənnəyə əsasən, 1 ABŞ dolları 1.5626 manatdır.

 

Avrozonanın vahid valyutası isə yenidən ucuzlaşıb. Mərkəzi Bank avronun məzənnəsini 1.6796 manat olaraq açıqlayıb.

 

Rusiya rublu da ucuzlaşıb. Hazırda 1000 Rusiya rublunun rəsmi məzənnəsi 21 manat 30 qəpikdir.

Müəllif | Apa.Tv
Apa.tv