Obama terrorda ölən uşaqlar üçün ağladı
ABŞ prezidenti Barak Obama ölkəsində silahlı hücumlar zaman ölən uşaqlar üçün göz yaşı töküb.
APA TV-nin məlumatına görə, Obamanın budəfəki hədəfində son illər ölkəsində sürətlə artan silahlı hücumlar olub.
ABŞ prezidenti bildirib ki, öncəliklə silah satışı ilə bağlı mövcud qanun sərtləşdirilməlidir. O vurğulayıb ki, istənilən adam rahatca silah ala bilir. Ancaq bundan sonra kimə silah satmaq barədə məhkəmələr qərar verəcək. Bəlkə bundan sonra bu cür neqativ halların sayı azalar.
Obama bildirib ki, veriləcək qərar silah satışını azalda bilər. Belə olan halda, silah satışı ilə məşğul olanlar narazı qalacaq. Lakin onlar bilməlidirlər ki, psixoloji problemi olanlara silah satıla bilməz və qətlə yetirilən uşaqların yerində öz övladları da ola bilər.