Suriyada İŞİD komandirləri öldürüldü

Rusiyanın Suriya ərazisində hərbi əməliyyatları davam edir. APA TV-nin Vesti.ru-ya istinadən xəbərinə görə, Həma əyalətində keçirilən əməliyyat zamanı İŞİD-in nəzarətində olan böyük bir yaşayış məntəqəsi terrorçulardan təmizlənib.

 

Əl-Məbudcə istiqamətində gedən döyüşlərdə 50 dinc sakin həyatını itirib. Kunteyr şəhəri istiqamətində hücum zamanı isə İŞİD-in 15 döyüşçüsü məhv edilib. Terrorçuların bir neçə texnikası da sıradan çıxarılıb.


Ölkənin şərqində yerləşən Deyr-əz-Zor şəhərindəki aeroportun ətrafı da terrorçulardan təmizlənib. Əməliyyatın gedişində İŞİD-in bir neçə komandiri öldürülüb.

Müəllif | Apa.Tv
Apa.tv