Qarabağ əlillərinə və şəhid ailələrinə ev verildi

Xaçmaz rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunan yaşayış binasının açılışı mərasimi keçirilib. 4 mərtəbəli yaşayış binası 36 mənzildən ibarətdir. Mərasimdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov mənzillərin açarlarını sakinlərə təqdim edib.
 

Mənzillər iki otaqlıdır. Otaqlar müasir istilik sistemləri və məişət avadanlıqları ilə təmin edilib.Bundan başqa mərasimdə Qarabağ müharibəsi əlili və şəhid ailələrinə 11 ədəd “NAZ-Lifan” markalı avtomobil də təqdim edilib.


Ümumilikdə Xaçmaz rayonunda 193 nəfər Qarabağ müharibəsi əlili, 224 nəfər isə şəhid ailəsi var. İndiyədək onların 71-i evlə, 33-ü isə avtomobillə təmin edilib.
 

Müəllif | Apa.Tv
Vəli Turan