Zaqatalada 8 otaqlı ev külə döndü

Zaqatalada fərdi yaşayış evi yanıb.

 

APA TV-nin məlumatına görə, yanğın hadisəsi bu gecə saat 02:00 radələrində rayonun Yuxarı Tala kəndində Feyzullah Teymurxanova məxsus, ümumi sahəsi 260 kv. m olan 2 mərtəbəli 8 otaqlı fərdi yaşayış evində qeydə alınıb.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində ev içərisindəki ev əşyaları ilə birlikdə yanaraq yararsız hala düşüb. Ev sahibləri hazırda Rusiyada yaşadığı üçün yanğın baş verən zaman evdə heç kim olmayıb. Yanğın zamanı xəsarət alan yoxdur.

 

Faktla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov