DİN-in Baş İdarəsində ölüm: 45 yaşlı qadın binadan yıxıldı

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində ölüm hadisəsi baş verib.

 

Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib. 1971-ci il təvəllüdlü Təranə Nağı qızı Cəfərova binadan düşərək ölüb.

 

Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, dünyasını dəyişən Təranə Cəfərova Baş İdarədə xadimə işləyib. O, binanın pəncərəsini silərkən ehtiyatsızlıqdan yıxılaraq ölüb.

 

Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv