Bakıda hava küləkli olacaq

Yanvarın 7-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən xəbərə görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-10 isti, Bakıda gecə 0-2 isti, gündüz 7-9 dərəcə isti olacaq.

 

Yanvarın 7-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən, yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman olacaq, ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 2-7 şaxta, gündüz 4-9 isti, dağlarda gecə 3-8 şaxta, yüksək dağlıq ərazilərdə 10-15 şaxta, gündüz 1-6 isti olacağı gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv