Barak Obama Azərbaycan prezidentini Vaşinqtona dəvət etdi
ABŞ prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevi 2016-cı ildə Vaşinqtona keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edib.
APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici siyasət şöbəsinin müdiri Novruz Məmmədovözünün “Twitter” səhifəsində yazıb.
Onun sözlərinə görə, dəvət məktubu 3 dekabr 2015-ci ildə göndərilib. Prezident Obama məktubunda Azərbaycanın qlobal nüvə təhlükəsizliyi arxitekturasına qətiyyətli dəstək nümayiş etdirdiyini qeyd edib.