Mərkəzi Bank dolların kursunu dəyişmədi, avro bahalaşdı
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların növbəti məzənnəsini açıqlayıb.
APA TV-nin məlumatına görə, yanvarın 6-sı ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi sabit qalıb. Bu gün açıqlanan məzənnəyə əsasən, 1 ABŞ dolları 1.5626 manatdır.
Avrozonanın vahid valyutası isə 2016-cı ildə ilk dəfə olaraq bahalaşıb. Mərkəzi Bank avronun məzənnəsini 1.6913 manat olaraq açıqlayıb.
Rusiya rublu isə ucuzlaşıb. Hazırda 1000 Rusiya rublunun rəsmi məzənnəsi 20 manat 80 qəpikdir.