Gəncədə sərnişin avtobusu qəzaya uğradı
Gəncədə sərnişin avtobusu minik avtomobili ilə toqquşub. APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb.
6 saylı marşrut xətti üzrə sərnişin daşıyan “Hyundai” markalı avtobusla yol kəsişməsində dayanan “Mercedes” markalı avtomobil toqquşub.
Qəza zamanı avtobusda olan sərnişinlərdən bir neçə nəfəri özünü pis hiss edib, bir nəfər isə bədən xəsarət alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.