Bakıda bir neçə metro stansiyası təmirə dayanacaq

Azərbaycanda istismarda olan bir sıra metro stansiyalarının yenidən qurulması nəzərdə tutulub. Metropolitenin İnşaat işləri üzrə rəis müavini Rizvan Bayramov APA TV-yə dedi ki, əsaslı yenidənqurma işləri əsasən, 1967-ci ildən istifadədə olan stansiyalara şamil ediləcək:

 

 “Nizami” metro stansiyasının da təmir olunmasına böyük ehtiyac olduğunu vurğulayan Rizvan Bayramov onu da bildirdi ki, buna böyük cəsarət tələb olunur.

 

Metropoliten rəsmisi hazırda inşaatçılar və digər stansiyaların təmirə dayanmasına xüsusi ehtiyacın olmadığını bildirdi. həmin stansiyalara baxış keçirildikdən sonra təmir olunub olunmaması istiqamətyində qərar qəbul edilə bilər. 

Müəllif | Apa.Tv