Şəmkir sakini odlu silahdan yaralandı

Şəmkir rayon sakini odlu silah yaralanması ilə xəstəxanaya yerləşdirilib.

 

Şəmkir Rayon Mərkəzi Xəstəxanasından APA TV-nin qərb bürosuna verilən məlumata görə, rayonun Ələsgərli kənd sakini, 1986-cı il təvəllüdlü Eldəniz Vəliyev sağ qoltuqaltı nahiyənin, sağ bazunun və saitin odlu silah yaralanması xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

E.Vəliyevin hansı şəraitdə xəsarət aldığı hələ ki, məlum deyil. Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Azər Məmmədli