Nardaranlı Natiq Kərimov haqqında həbs qətimkan tədbiri!
Nardaran sakini Natiq Kərimov həbs olunub.
APA-nın Səbail Rayon Məhkəməsində olan əməkdaşının verdiyi məlumata görə, N.Kərimov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Natiq Kərimov bu gün hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.