Ağstafada “NazLifan” divara çırpıldı: ölən var
Ağstafada avtomobilin divara çırpılması nəticəsində bir nəfər ölüb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun 467-ci kilometrliyində, Ağstafa rayonu ərazisində qeydə alınıb.
Rayon sakini, 1989-cu il təvəllüdlü Oruc Telman oğlu Əliyev idarə etdiyi “NazLifan” markalı avtomobillə hərəkətdə olarkən maşın idarəetmədən çıxıb və yolun kənarında olan divara çırpılıb. Qəza zamanı sürücü avtomobildən bir neçə metr kənara düşüb və elə hadisə yerindəcə keçinib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.