Dollar bahalaşmaqda davam edir
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların növbəti məzənnəsini açıqlayıb.
APA TV-nin məlumatına görə, yanvarın 7-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi bahalaşıb. Bu gün açıqlanan məzənnəyə əsasən, 1 ABŞ dolları 1.5642 manatdır.
Avrozonanın vahid valyutası isə 2016-cı ildə ikinci dəfə olaraq bahalaşıb. Mərkəzi Bank avronun məzənnəsini 1.7009 manat olaraq açıqlayıb.
Rusiya rublu da bahalaşıb. Hazırda 1000 Rusiya rublunun rəsmi məzənnəsi 20 manat 90 qəpikdir.