Bakıda 42 yaşlı kişini maşın vurdu

Ötən gecə Yasamal rayonunda yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, sürətlə hərəkətdə olan avtomobil piyadanı vurub.

 

Hadisə rayonun Şərifzadə küçəsində qeydə alınıb. "Mitsubishi" markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Piyada 42 yaşlı Fərman Əsgərov təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Göstərilən tibbi yardımdan sonra onun həyatı üçün təhlükə aradan qaldırılıb.

 

Hadisə yerində olan polis əməkdaşları müayinələr aparıblar. "Mitsubishi"nin  sürücüsünün ifadəsi alınıb. Faktla əlaqədar araşdırmalara başlanılıb.

 

Müəllif | Apa.Tv