"Kurtlar Vadisi Pusu"nun aktyoru öldü

Türkiyənin tanınmış serial və film aktyoru Rəmzi Evrən 58 yaşında  vəfat edib.

 

APA TV -nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, aktyor yuxudan ayılmayıb.

 

Xroniki ağciyər xəstəliyindən əziyyət çəkən Remzi Evrenin infarktdan dünyasını dəyişdiyi bildirilir.

 

Qeyd edək ki, aktyor bir çox məşhur seriallarda və filmlərdə rol alıb. O, "Üvey baba", "Kurtlar Vadisi Pusu", "Karadayı", "Behzat Ç." və son olaraq "Muhteşem Yüzyıl: Kösem" kimi seriallarda, Cem Yılmazın "Av Mevsimi" adlı filmində də rol alıb.

Müəllif | Apa.Tv
Apa.tv