Bakıda iki polis rəisi işdən çıxarıldı

Bakıda iki Polis Bölməsinin rəisi işdən çıxarılıb. APA TV-nin məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin rəisi Natiq Camalov və Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin rəisi Natiq Qasımov tutduqları vəzifədən azad ediliblər. Onların yerinə hələlik təyinat yoxdur.

 

Nazirin digər əmri ilə Natiq Qasımov Nizami rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin rəisi təyin edilib. Natiq Camalov isə hələlik sərəncamdadır.

Müəllif | Apa.Tv
Apa.tv