İŞİD Türkiyənin hərbi bazasına hücum etdi

İŞİD terrorçuları İraqda türkiyəli hərbçilərin bazasına hücum ediblər.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, İraqın Mosul vilayətinin yaxınlığında yerləşən Başika hərbi bazasına hücum edən terrorçular xeyli itki verərək, geri çəkiliblər.

Türk hərbçilərinin bazaya hücum edən 17 terrorçunu öldürdüyü bildirilir. Hadisə zamanı türkiyəli hərbçilərdən ölən və ya yaralanan olmayıb.

Xatırladaq ki, bu, İŞİD-in həmin düşərgəyə ilk hücumu deyil.

Müəllif | Apa.Tv
Apa.tv