Tovuzda "TIR" aşdı
Türkiyə vətəndaşının idarə etdiyi “TIR” Tovuzda aşıb. APA TV-nın qərb bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun 445-ci kilometrliyində, Tovuz rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.
Türkiyə vətəndaşı, sürücü Bahri Ceceli “TIR” la hərəkətdə olarkən avtomobili yolun kənarındakı əkin sahəsinə aşırıb. Qəza zamanı sürücü yüngül bədən xəsarəti alıb, yük maşınında olan dəmir materiallar ətrafa dağılıb.
İlkin ehtimala görə, hadisəyə sürücünün dönmə əməliyyatını düzgün yerinə yetirə bilməməsi səbəb olub.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.