Bakıda Taxıl Kombinatının direktoru öldürüldü

Bakıda daha bir qətl törədilib. APA-nın məlumatına görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Qalib Bağırov yaşadığı evdə qətlə yetirilib.

 

Hüquq-mühafizə orqanlarından APA-ya bildirilib ki, qətlə yetirilən Taxıl Kombinatının direktorudur.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çıxıb.

 

Hazırda hadisə yerində araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv