İmişli stadionunda yanğın olub
İmişlidə stadionun inzibati binasında yanğın hadisəsi baş verib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında qeydə alınıb.
Yanğın stadion ərazisində yerləşən, ümumi sahəsi 240 kv. metr olan ofis binasında baş verib. Hadisə yerinə İmişli rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib.
Yanğınsöndürənlərin səyi ilə alov söndürülüb. Hadisə nəticəsində ofis binasının 1-ci mərtəbəsində yerləşən hamam otağının 9 kv. metr ərazisi yanıb, binanın qalan hissələri yanğından mühafizə edilib.
Faktla bağlı araşdırma aparılır.