Cəlilabad sakinini ilan sancdı

Azərbaycanda ilan sancma faktı qeydə alınıb. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə yanvarın 8-də Cəlilabad rayonunun Hamaraqışlaq kəndində baş verib.

 

Kənd sakini Rövşən Qiyasov təsərrüfatındakı heyvanları yemləyən zaman ot bağlamasının arasından çıxan ilan onun sağ əlindən sancıb: "İlan saman bağlamasının içində imiş. Əlimi atdım ki, samandan götürüm, ilan əlimi sancdı və yenidən samanlığın içərisinə girdi. Adamın heç ağlına gəlməzdi ki, qışın bu vaxtında samanın içində ilan olsun".

 

Rövşən özünü itirmədən hadisə barədə yaxınlarına xəbər verdikdən sonra o, dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Burada xəstəyə ilan zəhərinə qarşı zərdab vurulub, digər zəruri tədbirlər görülüb. Hazırda onun vəziyyəti qənaətbəxş qiymətləndirilir.

 

Müəllif | Apa.Tv