Bakıda yeznə qayını ağzından güllələdi

Bakıda güllələnmə hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Binəqədi rayonu ərazisindəki “Eurohome” inşaat materialları bazarında qeydə alınıb.

 

Bazarda mühafizəçi işləyən 1985-ci il təvəllüdlü Elmar Canatov ağzından güllələnib.

 

Mühafizəçi xeyli qan itirib və iş yoldaşları tərəfindən Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına çatdırılıb.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, o cümlədən, Binəqədi Rayon Polis İdarəsinin rəis Namiq İsmayılov gəlib. Namiq İsmayılov APA TV-yə açıqlamasında bildirib ki, hadisə ailə münaqişəsi zəminində baş verib. Elmar Canatovu bacısının həyat yoldaşı güllələyib və hadisə yerindən qaçıb. Şübhəlinin yeri müəyyən edilib və 40 yaşlı Fasadov Mehman Əlican oğlu keçirilən əməliyyatla saxlanılıb.

 

Faktla bağlı cinayət işi başlanıb. 

Müəllif | Apa.Tv
Apa.tv