Ucarda mütəşəkkil cinayətkar qruplaşma zərərsizləşdirilib

Ucarda kütləvi oğurluqla məşğul olan mütəşəkkil dəstə yaxalanıb.

 

Ucar rayon Polis Şöbəsinin əməkdaşları oğurluqla məşğul olan 7 nəfərdən ibarət mütəşşəkkil dəstəni elə hadisə yerindəcə yaxalaya bilib. Dəstə Ucar rayon mərkəzinin müxtəlif ərazilərində Vidadi Rəhimov, Cavid Şirinov, Daşqın İsmayılov, Sərdar Ələkbərov və Qiyas İsmayılova məxsus beş mağaza və bir aptekdən ümumi dəyəri 878 manatlıq oğurluq edərək mağaza sahiblərinə maddi ziyan vurub. Həmin mağazalardan dördü ərzaq biri isə maşın ehtiyyat hissələri mağazası olub. Onlardan 138 manatlıq müxtəlif markada  və qiymətdə olan siqaret, bir ədəd qol saatı, mobil telefon, köynək və iki ədəd parfümeriya vasitəsi, eləcə də 150 manat məbləğində nağd pul oğurlanıb.

 

Mütəşşəkil dəstə üzvlərinə gəldikdə isə onların əksəriyyəti azyaşlıdır. Qrupun başçısı 18 yaşlı Mirələm Əliyev, üzvləri isə 24 yaşlı Elvin Ələkbərov, 23 yaşlı Ələsgər Ələsgərov, Zərdab rayon sakini, 17 yaşlı  Tağı Tağıyev, 18 yaşlı Əli Məmmədov, 17 yaşlı  Rafiq Xəlilov  və Zərdab rayon sakini, 19 yaşlı Eyvaz Soltanovdur. Qrup üzvləri tutduqları əməldən peşiman olsalar da, bunu imkansızlıq və işsizliklə əlaqələndirdilər. Qrupun başçısı digər üzvlərin onun dəstəsinə könüllü qoşulduğunu və oğurluq planını bir gün öncədən göz qoyaraq özü təşkil etdiyini bildirib.

 

Ucar rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, qrup iki ildir ki, oğurluq əməlləri ilə məşğuldur və mütəmadi olaraq Zərdab və Ucar rayonu ərazisindən müxtəlif mağazaları öncədən planlaşdıraraq qarət edirmiş.

 

Faktla bağlı Ucar rayon polis şöbəsində istintaq aparılır.

Müəllif | Apa.Tv
Zahid Abışov