Pirallahıda uşaq sanatoriyasında yanğın baş verib, 24 uşaq təxliyə edilib

Bakıda uşaq sanatoriyasında yanğın baş verib. APA TV-nin məlumatına görə, hadisə Pirallahı rayonunda qeydə alınıb.

 

Səhiyyə Nazirliyinə məxsus 3 saylı uşaq somatik sanatoriyasının yataq otaqlarından birində qəfildən yanğın başlayıb. Yanğın baş verən zaman uşaqların yemək saatı olduğundan, onlar yeməkxanada olublar.

 

Dərhal hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Pirallahı rayon hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib. Vaxtında müdaxilə ilə yanğının digər yataq və sinif otaqlarına keçməsinin qarşısı alınıb. İlkin məlumata görə, yanğına kondisionerin elektrik naqillərində baş verən qısaqapanma səbəb olub.

 

Hadisə baş verən vaxt sanatoriyadan 16-sı uşaq olmaqla 24 nəfər təxliyə edilib. Uşaqlar və tərbiyəçilər arasında xəsarət alan olmayıb. Uşaqlar bir gecəlik evə buraxılıblar. Bu gündən etibarən sanatoriyanın fəaliyyəti bərpa ediləcək.

 

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, ümumi sahəsi 225 kvadratmetr olan ikimərtəbəli sanatoriya binasının 40 kvadratmetrlik hissəsində 1 ədəd çarpayı, yataq dəsti və kondisioner yanıb. 

Müəllif | Apa.Tv
Apa.tv